Çempionlar Liqasının 2024/25 mövsümündə A seriyasının beş klubu iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu, ötən gecə Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra dəqiqləşib. "Atalanta" və "Roma" turnirdə yarımfinala adlayıblar.
Nəticədə İtaliya çempionatı UEFA-nın əmsallar cədvəlində mövsümün ən yaxşı 2 liqası sırasında yer almağı təmin edib. 2024/2025 mövsümündə A Seriyasının 8 iştirakçısı avrokuboklarda mübarizə aparacaq. Onlardan 5-i Çempionlar Liqasında, 2-si Avropa Liqasında, 1-i isə Konfrans Liqasında çıxış edəcək.
İtaliyanın ÇL-dəki iştirakçı sayı 6-ya da yüksələ bilər. Bunun üçün “Atalanta” və ya “Roma” Avropa Liqasının qalibi olmalı, və qalib komanda A seriyasında ilk “5-lik”dən kənarda qalmalıdır.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:20 / 19.04.2024
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Hazırda oxunan: ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Hazırda oxunan: ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
187992
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.