Fernandu Santuşla yollarını ayıran "Beşiktaş" baş məşqçi axtarışlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, İstanbul klubunun rəhbərliyi indi də özləri üçün tanış mütəxəssislə danışıqlara başlayıb. Bu barədə “iAm Sport” portalı məlumat yayıb.
Belə ki, “Beşiktaş” yenidən Mirça Luçeskuya tapşırıla bilər.
78 yaşlı rumıniyalı mütəxəssis özü də, İstanbul klubunu çalışdırmağa hazırdır. Yaxın vaxtlarda təyinatın reallaşacağı gözlənilir. Belə olarsa, Luçesku bu mövsüm “Beşiktaş”ın 5-ci məşqçisi olacaq.
Xatırladaq ki, Luçesku son olaraq “Dinamo”nu (Kiyev) çalışdırıb. Təcrübəli məşqçi 2002-2004-cü illərdə “Beşiktaş”da işləyib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:56 / 16.04.2024
“Beşiktaş” Luçesku ilə danışıqlara BAŞLADI
Hazırda oxunan: “Beşiktaş” Luçesku ilə danışıqlara BAŞLADI
Hazırda oxunan: “Beşiktaş” Luçesku ilə danışıqlara BAŞLADI
187529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.