“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi

Hazırda oxunan: “Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi

187318

"Ayntraxt" "Beşiktaş"In hücumçusu Semih Kılıçsoyu transfer etmək istəyir. 

Bizim.Media xəbər verir ki, Almaniya klubu ikinci dəfə "qara qartallar"a rəsmi təkliflə müraciət edib. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

9 milyon avroluq təklifi rədd edilən Frankfurt təmsilçisi bu dəfə 18 yaşlı forvard üçün 12 milyon avro təklif edib. "Beşiktaş" bu təklifi də qəbul etməyib. İstanbul təmsilçisi gənc futbolçunu daha yüksək qiymətə satmağı planlaşdırır.

Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin