RƏSMİ: Türkiyə Superliqasında əcnəbi hakimlər olacaq

Hazırda oxunan: RƏSMİ: Türkiyə Superliqasında əcnəbi hakimlər olacaq

186868

Türkiyə Super Liqası oyunlarında əcnəbi VAR hakimləri olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb. 

Qərar 32-ci turdan sonra tətbiq olunacaq. 

Mövsümün sonuna kimi həm çempionluq uğrunda, həm də liqada qalmaq uğrunda mübarizə aparan komandaların kritik matçlarında VAR funksiyasını başqa ölkələrdən olan ədalət təmsilçiləri yerinə yetirəcək.

Bu məqsədlə İtaliya, İspaniya, Almaniya, Niderland və Portuqaliyadan referilərə dəvət olunacaq.

Artıq 32-ci turun hansı görüşlərində əcnəbi VAR hakimlərinin olacağı da məlumdur. Belə ki, "Ankaragücü" - "Qaziantep", "Fatih Karagümrük" - "Fənərbaxça" və "Alanyaspor" - "Qalatasaray" qarşılaşmalarında VAR-da xatici hakimlər olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin