Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI

Hazırda oxunan: Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI

186689

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bizim Media oxu.az-a istinadən xəbər verir ki, Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.

Klubun mətbuat katibi Mübariz Süleymanlının Oxu.Az-a verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin