Nicat Hüseynov hindistanlı şahmatçı ilə qarşılaşır

Hazırda oxunan: Nicat Hüseynov hindistanlı şahmatçı ilə qarşılaşır

186560

Şahmat üzrə İddiaçılar Turnirində VI turun oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov Rameşbabu Praqnanandja ilə görüşəcək. Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə 1,5 xala malik təmsilçimiz hindistanlı rəqibinə qarşı qara fiqurlarla oynayacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

İddiaçılar Turniri

VI tur, 10 aprel

Dommaradju Qukeş – Hikaru Nakamura

Vidit Santoş Qujrati – Alireza Firuzya

Rameşbabu Praqnanandja - Nicat Abasov

Yan Nepomnyaşi - Fabiano Karuana

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) - 3,5, 3. Fabiano Karuana (ABŞ) – 3, 4. Rameşbabu Praqnanandja (Hindistan) – 2,5, 5. Hikaru Nakamura (ABŞ) – 2,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 2, 7. Nicat Abasov (Azərbaycan), 1,5, 8. Alireza Firuzya (Fransa) – 1,5.

Qeyd edək ki, Abasov VII turda Santoş Qujrati ilə üz-üzə gəkəcək. Təmsilçimiz I dövrədəki son matçını ağ fiqurlarla keçirəcək.

Rəşad Rafioğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin