Millimiz Olimpiya Təsnifat turnirində mübarizəyə başlayır

Hazırda oxunan: Millimiz Olimpiya Təsnifat turnirində mübarizəyə başlayır

186294

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisinin Olimpiya Təsnifat turnirində keçirəcəyi oyunların proqramı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, yarışa aprelin 12-də Honqkonqda start veriləcək. 

Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volkerdən ibarət millimiz B qrupunda Çili, Niderland və Monqolustan yığmaları ilə qarşılacaq. Komanda qrupda ilk oyununu aprelin 12-də, Bakı vaxtı ilə saat 11:30-da Çiliyə qarşı keçirəcək. 
Növbəti iki matç isə aprelin 13-də baş tutacaq. Milli saat 11:55-də Monqolustan, 13:45-də isə Niderland ilə münasibətləri aydınlaşdıracaq. 

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin