Osman Nurmaqomedov: Olimpiadada bir yox, bir neçə qızıl medal qazanmağa çalışacağıq

Hazırda oxunan: Osman Nurmaqomedov: Olimpiadada bir yox, bir neçə qızıl medal qazanmağa çalışacağıq

186125

Olimpiadada bir yox, bir neçə qızıl medal qazanmağa çalışacağıq.

Bizim.Media xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edən Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov (86 kq) jurnalistlərə açıqlamasında deyib.

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək olimpiadada iştirak hüququna yiyələnən 25 yaşlı idmançı doğma arenada qələbə qazandığı üçün sevincini gizlətməyib:

“Azərbaycan mənim ikinci vətənimdir. Artıq 7-8 ildir burada yaşayıram. Bütün məşqçilərimə təşəkkürümü bildirirəm. Doğma meydanda qalib gəldiyim üçün çox şadam”.

Güləşçi komanda yoldaşlarının da bu gün uğurlu çıxış etdiklərini söyləyib:

“Komandamız bu gün 4 lisenziya qazanmaqla çox yaxşı formada olduğunu göstərdi. Qarşıda isə bizi olimpiada gözləyir. Artıq Parisdəki mötəbər yarışa hazırlaşacağıq”.

O.Nurmaqomedov Fransada təşkil ediləcək olimpiadadakı əsas rəqibini də açıqlayıb:

“Olimpiadada əsas rəqibim amerikalı David Teylordur. Mənim çəki dərəcəmdə çoxlu çempionlar var, amma qalib olmaq istəyirəm. İstənilən rəqibə qalib gəlmək mümkündür”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin