İddiaçılar Turniri: Nicat Abasov bu gün Fransa şahmatçısı ilə üz-üzə gələcək

Hazırda oxunan: İddiaçılar Turniri: Nicat Abasov bu gün Fransa şahmatçısı ilə üz-üzə gələcək

186054

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

Bizim.Media xəbər verir ki, 28 yaşlı qrossmeyster IV turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gələcək.

O, bu dəfə ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. İlk üç turda hər iki qrossmeyster 1 xal toplayıb.

Bu gün həmçinin Hikaru Nakamura (ABŞ) - Rameşbabu Praqnanandha (Hindistan), Yan Nepomnyaşi (FIDE) - Santoş Vidit (Hindistan) və Fabiano Karuana (ABŞ) - Dommaracu Qukeş (Hindistan) görüşləri baş tutacaq.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin