Polşa yüksək liqasında yarışan “LKS Lodz”un müdafiəçisi Rahil Məmmədov Azərbaycana qayıda bilər.
Bizim.Media xəbər verir ki, millimizin üzvünün xidmətində Premyer Liqa klubları maraqlıdır.
Daha dəqiq desək, “Neftçi” yeni mövsümdə futbolçunu transfer etmək istəyir.
Lakin onun Azərbaycana qayıdıb-qayıtmayacağı dəqiq deyil. Çünki futbolçunun özünün legioner həyatına davam etmək istəyi yüksəkdir. Məmmədov “LKS Lodz”dakı ilə digər Polşa klublarının diqqətini çəkə bilib.
Əlavə edək ki, onun komandası hazırda turnir cədvəlində sonuncu pillədədir. Amma Rahillə klub arasındakı razılaşmaya əsasən, onlar birinci liqaya düşərsə, futbolçu azad agent kimi oranı tərk edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
18:06 / 06.04.2024
Polşada oynayan futbolçumuz “Neftçi”yə keçir?
Hazırda oxunan: Polşada oynayan futbolçumuz “Neftçi”yə keçir?
Hazırda oxunan: Polşada oynayan futbolçumuz “Neftçi”yə keçir?
185980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.