Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi olub - FOTO

Hazırda oxunan: Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi olub - FOTO

185846

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbir "Talant şou" rəqs qrupunun çıxışı ilə başlayıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev idmançılara uğurlar arzulayıb. O, bu cür yarışın ölkəmizdə keçirilməsinin müsbət atdım olduğunu bildirib.

UWW-nin vitse-prezidenti Teodoros Hamakos isə yarışa ev sahibi etdiyi üçün Azərbaycana təşəkkür edib.
Qeyd edək ki, turnirin ilk günündə Azərbaycanın 4 pəhləvanı qüvvəsini sınayıb. Nihat Məmmədli (60 kiloqram), İslam Abbasov (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) 1/8 finaldan, Beka Kandelaki isə təsnifatdan yarışa qoşulub. Yarımfinala yalnız B. Kandelaki yüksələ bilib.

Növbəti gün qadın güləşi üzrə millinin 5 üzvü xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kiloqram), Elnurə Məmmədova (53 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) ölkəmizi bu növdə təmsil edəcəklər.

Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Millinin 5 üzvü – Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqomedov (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) “doğma divarlar” arasında azarkeşləri sevindirməyə çalışacaqlar.

Hər çəkidə finala çıxan güləşçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin