Türkiyənin “Kocaelispor” formasını geyinən Ramil Şeydayev ötən gün “Göztepe”ilə keçirilən oyunda komandasına penalti qazandırıb.
Bizim.Media xəbər verir ki, Kocaeli təmsilçisi qarşılaşmanın 44-cü və 71-ci dəqiqələrində buraxılan qollara görə 0:2 hesabı ilə geri düşüb. Daha sonra komanda hesabı bərabərləşdirə bilib.
85-ci dəqiqədə meydana girən R.Şeydayev isə 90+7-ci dəqiqədə komandasına penalti qazandırıb. Penaltini qola çevirən “Kocaelispor” evdə 3:2 hesablı qələbə qazanıb.
Beləliklə, Kocaeli təmsilçisi 48 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizim.Media