UEFA aprelin 18-də bəyanat yayaraq bildirib ki, İngiltərə Futbol Assosiasiyası və Premyer Liqa, İspaniya Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və Serie A qeyd olunan çempionatlarda çıxış edən bəzi klublar tərəfindən yeni Super Liqanın yaradılmasının elan olunmasının gözlənildiyi barədə məlumat əldə edib.
Həmin gün İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”, İspaniyanın “Real” (Madrid), “Barselona”, “Atletiko” (Madrid), İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları imzaladıqları müqavilə ilə Avropada yeni turnirin – Super Liqanın yaradıldığını bəyan ediblər.
Bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bəyanat yayıb.
Bizim.Media AFFA-ya istinadla xəbər verir ki, bəyanatda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klubların FIFA və UEFA tərəfindən tənzimlənən bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və UEFA-nı birmənalı şəkildə dəstəklədiyi bildirilib.
Avropa futbolunun əsas dəyərləri həmrəylik, ədalətli oyun və sosial məsuliyyətdir və bu proses uzun illərdir uğurla davam edir. AFFA özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayır.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:07 / 20.04.2021
AFFA-da yeni yaradılan Super Liqa ilə bağlı bəyanat: “Futboldakı separatçılığı qınayırıq”
Hazırda oxunan: AFFA-da yeni yaradılan Super Liqa ilə bağlı bəyanat: “Futboldakı separatçılığı qınayırıq”
Hazırda oxunan: AFFA-da yeni yaradılan Super Liqa ilə bağlı bəyanat: “Futboldakı separatçılığı qınayırıq”
18475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.