İspaniyanın "Atletiko" klubunda yeni müqavilə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Madrid təmsilçisi Kokenin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yayına kimi La Liqa klubunda qalacaq.
Qeyd edək ki, Koke "Atletiko"nun yetirməsidir. Kapitan karyerası ərzində yalnız bu klubda çıxış edib. İspaniya millisinin üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 625 rəsmi matçda 47 qol və 116 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
06:13 / 26.03.2024
“Atletiko” kapitanı ilə müqaviləni uzatdı
Hazırda oxunan: “Atletiko” kapitanı ilə müqaviləni uzatdı
Hazırda oxunan: “Atletiko” kapitanı ilə müqaviləni uzatdı
184181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.