Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.
İbrahim Əliyevin (73 kq) ilk rəqibi Mark Xristov (Bolqarıstan) olacaq.
81 kq çəki dərəcəsində isə iki milli üzvü mübarizə aparacaq. Məhərrəm İmamverdiyev ilk görüşdə Qırğızıstan cüdoçusu Əsəd Masabirovla, Ömər Rəcəbli isə Argentina təmsilçisi Tomas Moraleslə qarşılaşacaq.
Azərbaycan millisi martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə 9 çəki dərəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.
Qeyd edək ki, yarışın ilk günündə 8 təmsilçimizdən ikisi fəxri kürsüyə yüksəlib. Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) bürünc medal qazanıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:37 / 23.03.2024
Böyük Dəbilqə: Daha üç cüdoçumuz mübarizəyə BAŞLAYACAQ
Hazırda oxunan: Böyük Dəbilqə: Daha üç cüdoçumuz mübarizəyə BAŞLAYACAQ
Hazırda oxunan: Böyük Dəbilqə: Daha üç cüdoçumuz mübarizəyə BAŞLAYACAQ
183823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.