AFFA rəhbərliyi Ağsu şəhər stadionuna baxış keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı qurumun prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov təmir işlərindən sonra stadionda yaradılan şəraitlə tanış olublar.
2011-ci ildə açılışı olmuş Ağsu şəhər stadionu 3 min tamaşaçı tutumuna malik olduğu barədə məlumat verilib. Təmir işlərindən sonra arenanın oturacaqları dəyişdirilib, tribunaların dam örütüyü yenilənib. İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb, ərazidə ümumi abadlıq işləri görülüb.
Stadionun ot örtüyünün yayda dəyişdirilməsi nəzərdə tutulub.
Rəşad Rafiqoğlu, Bizim.Media