“Neftçi” rəqibinə UDUZDU

Hazırda oxunan: “Neftçi” rəqibinə UDUZDU

182711

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. 

Bizim.Media xəbər verir ki, GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşmada “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. 

Görüş “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, “Azərreyl” 35 xalla (12 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal”ın 28 xalı (10 qələbə), “Neftçi”nin 22 (7 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
“Neftçi” – “Murov Az Terminal” 0:3 (20:25, 17:25, 23:25).

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin