Moderator.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Kyokushindo (Qarışıq döyüş) idman növü üzrə dünya çempionatı keçirilib. Azərbaycanı qeyd edilən yarışmada 3 idmançı təmsil edib. Yarışlarda idmançılarımızın üçü də uğurlu nəticələr göstərib. Belə ki, 60 - 65 kq çəki üzrə Cavad Cavadov 1-ci yeri tutub. Digər idmançımız Şamo Tenişov 65 - 70 kq çəki üzrə 2-ci yer, Əkbər Məcidli isə 70 - 75 kq çəki üzrə 2-ci yeri tutublar. Yarışda Azərbaycan komanda hesabında ikinci yerə çıxıb.
Seymur Əliyev




































































































