Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun transferi Polşanın LKS klubunu gücləndirib.
Bizim.Media xəbər verir ki, Lodz klubunun bugünkü rəqibi "Varta"nın baş məşqçisi David Şulçek belə qənaətə gəlib.
34 yaşlı mütəxəssis çempionatın autsayderi ilə görüşdən əvvəl fikirlərini açıqlayıb: "Autsayderlə görüşməyimiz oyuna yanaşmamızı dəyişmir. LKS qış fasiləsindən sonra daha yaxşı oynayır. Şübhəsiz ki, buna qış transferləri təsir edib. Hüseyn Baliç, Rahil Məmmədov və Riza Durmisi komandanın gücünə güc qatıb. Düşünürəm ki, əgər bu oyunçular mövsümün əvvəlindən LKS-də olsaydı, komanda daha çox xal toplayardı".
Qeyd edək ki, bu gün keçiriləcək "Varta" – LKS oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:56 / 12.03.2024
Polşa klubunun baş məşqçisi Rahil Məmmədovu TƏRİFLƏDİ
Hazırda oxunan: Polşa klubunun baş məşqçisi Rahil Məmmədovu TƏRİFLƏDİ
Hazırda oxunan: Polşa klubunun baş məşqçisi Rahil Məmmədovu TƏRİFLƏDİ
182155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.