İtaliya A Seriyasının 28-ci turunun "Leççe" - "Verona" (0:1) matçından sonra insident yaşanıb.
Bizim.Media xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Bildirilib ki, oyun başa çatdıqdan sonra ev sahiblərinin baş məşqçisi Roberto D'Aversa meydana daxil olaraq rəqib komandanın hücumçusu Tomas Henrini kəllə ilə vurub.
Bu hadisədən sonra "Leççe" baş məşqçini istefaya göndərib. 48 yaşlı mütəxəssis etdiyi hərəkətə görə qovulub.
Rəşad Rafiqoğlu, Bizim.Media