İspaniya La Liqasında XXVIII turun növbəti oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, "Real Madrid" doğma meydanda "Selta"nı qəbul edib. Görüş "kral klubu"nun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 21-ci dəqiqədə Vinisius Junior açıb. 55-ci dəqiqədə Visente Quaita və 89-cu dəqiqədə Karlos Dominques avtoqol müəllifləri olublar. Matçın yekun nəticəsini 90+4-cü dəqiqədə Madrid klubunun heyətində ilk rəsmi qoluna imza atan Arda Gülər müəyyənləşdirib.
Bizim.Media