“Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına yekun vuruldu - FOTO

Hazırda oxunan: “Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına yekun vuruldu - FOTO

181927

"Şahdağ" Turizm Mərkəzində keçirilən Beynəlxalq Xizək Alpinizmi yarışlarına yekun vurulub.

Bizim.Media xəbər verir ki, Azərbaycanda bu idman növü üzrə ilk dəfə keçirilən beynəlxalq turnirdə 11 ölkənin 60-dək idmançısı birincilik uğrunda mübarizə aparıblar.

Yarışın sonuncu günündə "vertikal yürüş" növ üzrə üç yaş kateqoriyasında medalçılar bəlli olublar.

Qaliblər Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi tərəfindən medal, kuboklar və müxtəlif hədiyyələrlə təltif olunublar.

Turnirin keçirilməsində əsas məqsəd isə ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların təşkili istiqamətində təcrübəsini genişləndirməkdir.

Qeyd edək ki, ötən gün idmançılar "sprint yürüş" növü üzrə güclərini sınayıblar. Bu növdə U-23 kateqoriyasında çıxış edən Azərbaycan yığmasının üzvü Nəzrin Qəribova gümüş medalın sahibi olub.

Yarışın ikinci günü, “vertikal yürüş”ü uğrunda xizəkçilər arasında mükafatçılar:

U-18 kateqoriyasında:

Qadınlar arasında

I yer – Helena Eurenger (Almaniya)

II yer – Eva Sophie (Avstriya)

III yer – Ekin Aydoğdu (Türkiyə)

Kişilər arasında

I yer – Morits Bauregger (Almaniya)

II yer – Adria İsal Garcia (Andora)

III yer – Simon Widmoser (Avstriya)

U-20 kateqoriyasında:

Kişilər arasında

I yer – David Jost (Almaniya)

II yer –Emirhan Kars (Türkiyə)

III yer – Methsy Nogueras (Fransa)

U23 kateqoriyasında:

Qadınlar arasında

I yer – Nikola Matkova (Slovakiya)

II yer – Marzieh Beha (İran)

III yer – Nəzrin Qəribova (Azərbaycan )

U23 kateqoriyasında:

Kişilər arasında

I yer – Jakub Siarnik (Slovakiya)

II yer – Nikola Kalistrin (Bolqarıstan)

III yer – Andreas Mayer (Avstriya)










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin