Alveşin intihar xəbəri yalan çıxdı

Hazırda oxunan: Alveşin intihar xəbəri yalan çıxdı

181910

Dünən gecə braziliyalı futbolçu Dani Alveşin intihar etdiyi barədə məlumat yayılıb.

Bizim.Media xəbər verir ki, onun həbsxanada canına qəsd etdiyi haqda informasiyalar yayılıb.

Ancaq tezliklə bu xəbər futbolçunun yaxınları tərəfindən təkzib edilib. Alveşin mətbuat xidməti onun vəkili ilə əlaqə saxladıqdan sonra açıqlama verərək bu şayiələrin doğru olmadığını bildirib. 

Vəkil xəbəri sosial şəbəkədə yayıb bütün dünyaya səhv informasiya ötürən braziliyalı jurnalist Paulo Albuquerqueni məhkəməyə verəcəklərini söyləyib. 

Xatırladaq ki, Alveş cinsi təcavüzdə təqsirli bilinərək 4 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin