“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində doğma meydanda “Qəbələ”yə qarşı keçirdikləri oyundan danışıb.
Bizim.Media xəbər verir ki, 2:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Oyundan öncə futbolçulara demişdim ki, çox ağır olacaq. “Qəbələ” çox yaxşı komandadır. Onlar turnir cədvəlində sonuncu pillədədirlər. Premyer Liqada qalmaq üçün mübarizə aparırlar. Evdə iki oyun dalbadal qalib gəlmək asan deyil.
Oyunçularımı təbrik edirəm. Amma istəmirəm ki, onlar arxayınlaşsınlar. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə həqiqətən də pis idik. Ən önəmlisi odur ki, 3 xal qazandıq.
4-3-3 sistemi ilə oynamağa üstünlük verdik. Deyə bilmərəm ki, çox şeyi dəyişmişik. İstəyirəm orta xətt oyunçularımızdan biri daha çox irəli getsin. Bu, birinci hissədə yaxşı idi. İkinci hissədə performansımız aşağı düşdü. Oyun ərzində bəzi şeyləri dəyişdik. Daha yaxşı olmalıyıq. Hazırda 3-cü yerdəyik. Zamanla inkişaf edəcəyik. Bunu əminliklə deyirəm. Bəzi problemlərimiz oldu. Amin Seydiyevin qızdırması var idi, son iki məşqi buraxmışdı.
Mən özüm öz qarşıma məqsəd qoymuşam. Komandamızın potensialı var ki, mövsümü ikinci pillədə bitirək. Futbolçulara dedim ki, böyük məqsədləriniz varsa, bunu edə bilərsiniz. İnanıram ki, mövsümü 2-ci pillədə bitirə biləcəyik. Qarşıda 10 oyun var. Bu da 30 xal deməkdir”.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:49 / 09.03.2024
“Sabah”ın baş məşqçisi: “İnanıram ki, mövsümü 2-ci pillədə başa vura biləcəyik”
Hazırda oxunan: “Sabah”ın baş məşqçisi: “İnanıram ki, mövsümü 2-ci pillədə başa vura biləcəyik”
Hazırda oxunan: “Sabah”ın baş məşqçisi: “İnanıram ki, mövsümü 2-ci pillədə başa vura biləcəyik”
181860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.