Bu gün Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda növbəti iki oyun keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk oyunu "Şəki" və "Sərhədçi" komandaları arasında baş tutub.
Bu oyun "Sərhədçi" klubunun 92-81 hesablı qələbəsi ilə yekunlaşıb.
Ən məhsuldar basketbolçular: "Şəki" (Hüseyn Əsgərli - 20 xal, 5 ribaund), "Sərhədçi" (Cəbrayıl Əkbərov - 20 xal, 16 ribaund) Günün ikinci oyununda kubokun əsas favoriti "Sabah" "Gəncə" ilə qarşılaşıb. Oyunu 89-77 hesabı ilə qalib tamamlayan "Sabah" B qrupunda "NTD-İndiqo" ilə xallarının sayı bərabərləşdirib.
Ən məhsuldar basketbolçular: "Sabah" (Endər Poladxanlı - 25 xal, 8 ribaund), "Gəncə" (Derek Rouds - 21 xal, 2 asist).
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:40 / 07.03.2024
Azərbaycan Kuboku: “Sabah”dan ardıcıl ikinci qələbə
Hazırda oxunan: Azərbaycan Kuboku: “Sabah”dan ardıcıl ikinci qələbə
Hazırda oxunan: Azərbaycan Kuboku: “Sabah”dan ardıcıl ikinci qələbə
181508
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.