İtaliya millisinin üzvü Avro-2024-ü buraxacaq

Hazırda oxunan: İtaliya millisinin üzvü Avro-2024-ü buraxacaq

181110

"Sassuolo" və İtaliya millisinin cinah oyunçusu Domeniko Berardi Axilles vətərini cırıb.

Bizim.Media A seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, əməliyyat olunacaq. 

Bu səbəbdən futbolçu  6 ay yaşıl meydanlardan kənarda qalacaq. Beləliklə, Berardi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının oyunlarında iştirak edə bilməyəcək.
Berardi 2018-ci ildən İtaliya millisində çıxış edir. Milli komandanın tərkibində müdafiəçi 2020-ci il Avropa çempionatının qalibi olub.

Bu mövsüm futbolçu "Sassuolo"nun heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 9 qol vurub və 3 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin