İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
Zeynəb Rəhimova 1/32 final çərçivəsində əlcəzairli Fatma Zohra Hadjala ilə döyüşüb. 54 kq çəki dərəcəsində baş tutan qarşılaşma Rəhimovanın qələbəsi ilə yekunlaşıb.
Azərbaycan təmsilçisi rəqibini 4:1 (29:28, 30:27, 29:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Yığma üzvü növbəti qarşılaşmasında ilk mərhələdən azad olan Aqerie Bayevlə (Efiopiya) üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək.
Ümid Rüstəmov (57 kq) isə qələbəni vaxtından əvvəl bayram edib. O, Navvaf Alzahmiyə (BƏƏ) ilk raundda nokautla qalib gəlib. Rüstəmov 1/16 finalda Bakari Hassanla (Keniya) gücünü yoxlayacaq. Görüş martın 8-də baş tutacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:17 / 05.03.2024
İki boksçumuz lisenziya turnirində mərhələ adladı
Hazırda oxunan: İki boksçumuz lisenziya turnirində mərhələ adladı
Hazırda oxunan: İki boksçumuz lisenziya turnirində mərhələ adladı
181107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.