“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı altında ilk dəfə keçirilən Xankəndi – Bakı ultramarafonu başa çatıb.
Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət ediblər.
Artyom Əliyev bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə aparıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:53 / 04.03.2024
Xankəndi – Bakı ultramarafonu BAŞA ÇATDI
Hazırda oxunan: Xankəndi – Bakı ultramarafonu BAŞA ÇATDI
Hazırda oxunan: Xankəndi – Bakı ultramarafonu BAŞA ÇATDI
181029
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.