Bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Bizim Media AFFA-ya istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;
2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
- İsmayıl Əliyev
- Esmiralda Ələkbərova (həkim)
- Qara Qarayev
- İqor Ponomaryov
- Vaqif Sadıqov
- Maşallah Əhmədov
Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.
İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
16:52 / 01.03.2024
Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd OLMAYACAQ
Hazırda oxunan: Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd OLMAYACAQ
Hazırda oxunan: Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd OLMAYACAQ
180654
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.