UEFA “Qarabağ”ın futbolçusunu CƏZALANDIRDI

Hazırda oxunan: UEFA “Qarabağ”ın futbolçusunu CƏZALANDIRDI

180606

Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə Bakıdakı (2:3) oyununda ikinci sarı vərəqə alaraq meydandan qovulan "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin cəzası bəlli olub.

Bizim.Media xəbər verir ki, UEFA Ağdam klubunun əsas üzvünü bir oyunluq cəzalandırılıb.

Belə olan halda, onun Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə Bakıda keçiriləcək görüşündə meydanda olmayacağı dəqiqləşib.

Amma onun Leverkuzendə baş tutacaq cavab matçında iştirak etmək imkanı yaranacaq. Əlavə edək ki, "Braqa" ilə görüşdə qırmızı vərəqə göstərilmiş Elçin Rəhmanova da bir oyunluq cəza verilib. 

Qeyd edək ki, Cəfərquliyevin qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimlərə qarşı etirazına görə daha çox matç cəzalandırılacağı ehtimal olunurdu.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin