Avropa Liqası: dörddəbir final mərhələsinə yekun vuruldu - NƏTİCƏLƏR

Hazırda oxunan: Avropa Liqası: dörddəbir final mərhələsinə yekun vuruldu - NƏTİCƏLƏR

18011

Aprelin 15-də futbol üzrə UEFA Avropa Liqasında dörddəbir final mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, bununla da növbəti raunda adlayan komandalar müəyyənləşib.

İngiltərənin "Mançester Yunayted" və "Arsenal", İspaniyanın "Vilyarreal" və İtaliyanın "Roma" klubları yarımfinala vəsiqə qazanıblar.

"Qırmızı şeytanlar" İspaniyada qalib gəldiyi "Qranada"nı evdə də eyni hesabla məğlub edib.

"Topçular" isə Londonda 1:1 hesablı heç-heçəyə razılaşdığı Çexiyanın "Slaviya" (Praqa) komandasını səfərdə darmadağın edib - 4:0. "Roma" İtaliyada Niderland "Ayaks"ı ilə bərabərə qalıb - 1:1. İlk oyunda 2:1 hesablı qələbə qazanan "canavarlar" adını növbəti mərhələyə yazdırıb.

"Vilyarreal" isə İspaniyada Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna heç bir şans verməyib.

Səfər oyununda minimal hesablı qələbəyə sevinən La Liqa təmsilçisi evdə də rəqibini məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin