“Qarabağ” tarix yazmaqda davam edir. Ötən gecə Ağdam təmsilçiləri Tofiq Bəhrəmov adına Respublika stadionunda Portuqaliyanın “Braqa” komandasına minimum hesabla məğlub olsa da, iki oyunun nəticəsinə görə 1/8 finala yüksəldilər. Beləcə, komandamız həm tarixi uğura imza atdı, həm də büdcəsinə kifayət qədər vəsait gətirdi.
Bizim.Media-nın araşdırmalarına görə Avropa Liqasının pley-off mərhələsini uğurla keçən “Qarabağ” 1,2 milyon avro(2 milyon 700 min manat) qazanıb.
Azərbaycan çempionu buna qədər 9 milyon 582 min (17 milyon 848 min manat) avroluq gəlir əldə edib.
Komanda son olaraq qrupun son turunda “Hakken”i məğlub edərək 1 milyon avrodan çox qazanc götürmüşdü.
Nəzərə alaq ki, Avropa Liqasında hər qələbəyə görə komandamız 630 min, qrupda ikinci yeri tutmağa görə 550 min, pley-offa vəsiqəyə görə isə 500 min avro gəlir əldə edib. Həmçinin qruplardakı heç-heçələrə görə əlavə mükafatlar da komandalar arasında bölüşdürülüb.
“Qarabağ” bundan 126 min avro qazanıb.
Ümumiıikdə isə “Qarabağ” bu mövsüm 10 milyon 782 min avro qazanıb.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İdman
10:04 / 23.02.2024
1/8 finala yüksələn “Qarabağ” UEFA-dan neçə milyon QAZANDI?
Hazırda oxunan: 1/8 finala yüksələn “Qarabağ” UEFA-dan neçə milyon QAZANDI?
Hazırda oxunan: 1/8 finala yüksələn “Qarabağ” UEFA-dan neçə milyon QAZANDI?
179481
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.