"Qarabağ"ın baş məşqçisi Qurban Qurbaov Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı məğlub edərək (4:2, 2:3) 1/8 finala adlamaqları barədə danışıb.
Bizim.Media xəbər verir ki, mütəxəssis cavab matçından sonra "CBC Sport"a açıqlaması zamanı kövrəlib və söyləyib:
MÖVZU İLƏ BAĞLI:
Matç BAŞLADI: Qarabağ azarkeşlərindən duyğulandıran xareoqrafiya - VİDEO
"Ürəyimdə çox şey var. İnsanların sevinməsinə görə çox sevinirəm. Hamıya təşəkkür edirəm. Futbolçularımız böyük xarakter göstərdilər. Müharibə dövründə cənab Prezidentin güclü döyüşü vardı.
Sanki oyunun gedişatında həmin döyüşü hiss edirdik. Elə oyundan əvvəl də belə bir söhbətimiz olmuşdu ki,matçda döyüşməliyik. Bu gün əsl Azərbaycanlı kimi vuruşduq. Dəstək olan hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, "Qarabağ" bu gün daha bir tarix yazaraq Avropa Liqasının 1/8 final mərhələsinə adlayıb.
Bizim.Media