"Atletiko"nun hücumçusu Antuan Qrizman Madrid klubunun reanimasiya şöbəsinə yerləşdirilib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, fransalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin "İnter"lə ilk oyununda (0:1) zədələnib və görüşün 78-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.
32 yaşlı oyunçuya topuq bağlarının orta dərəcədə burxulması diaqnozu qoyulub.
Hücumçunun qayıtma tarixi hələ açıqlanmayıb, lakin onun fevralın 24-də La Liqada "Almeriya" ilə keçiriləcək oyunu buraxacağı gözlənilir.
Qeyd edək ki, Qrizmann bu mövsü "Atletiko"nun heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 18 qol vurub və 7 qolun ötürməsini verib.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:29 / 21.02.2024
Qrizmann qeyri-müəyyən müddətə sıradan çıxdı
Hazırda oxunan: Qrizmann qeyri-müəyyən müddətə sıradan çıxdı
Hazırda oxunan: Qrizmann qeyri-müəyyən müddətə sıradan çıxdı
179263
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.