“Qarabağ” mətbuat xidmətinin rəhbəri ilə bağlı bəyanat yaydı

Hazırda oxunan: “Qarabağ” mətbuat xidmətinin rəhbəri ilə bağlı bəyanat yaydı

1788

“Qarabağ” klubu mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun sosial şəbəkədəki paylaşımı ilə bağlı bəyanat yayıb.

Bizim.Media-nın məlumatına görə, ağdamlılar klub rəsmisi barədə müvafiq cəza tətbiq edildiyini vurğulayıb.

Bəyanatda deyilir ki, İbrahimovun fikirləri klubun mövqeyi ilə üst-üstə düşmür:

“Son günlərdə Ermənistan tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində günahsız dinc əhali arasında uşaq və qadınların dünyasını dəyişməsi xəbərini və görüntülərini sosial şəbəkədə izləyərkən psixoloji travma keçirən və həmin anın emosionallığına qapılan klubumuzun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz feysbuk səhifəsində təcavüzkar ölkənin millətinə qarşı dövlətimizin mövqeyinə və “Qarabağ” Futbol Klubunun prinsiplərinə zidd olan sözlərdən istifadə edib.

Bildiririk ki, qəddarlığa qarşı duyğusal hisslərini ani olaraq idarə edə bilməyən Nurlan İbrahimovun sosial şəbəkədə yazdığı və sonradan peşmançılıq çəkərək sildiyi ifadələr şəxsən özünə aid olmaqla “Qarabağ” Futbol Klubunun mövqeyini əks etdirmir və klubumuz tərəfindən dəstəklənmir.

N.İbrahimovun hərəkəti Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün hüquq-mühafizə orqanları tərəfindən Nurlan İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edilib.

Bununla yanaşı, klubumuzun Daxili Nizam İntizam kodeksinə uyğun olaraq Nurlan İbrahimovun hərəkəti İntizam Komissiyasında müzakirə edilərək barəsində müvafiq intizam tənbehi tətbiq ediləcək.

"Qarabağ" Futbol Klubu bir daha bəyan edir ki, klubumuzun əməkdaşları bu həssas dönəmdə belə paylaşımlardan uzaq durmalı, humanizm prinsiplərinə sadiq qalmalı və dövlətimizin qanunlarına tam əməl etməlidirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin