Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” bu gün səfərdə “Alanyaspor”la qarşılaşıb.
Oyun 3:3 hesablı bərabərliklə bitib.
Start “11-lik”də yer alan Şahruddin fasilədə əvəzlənib. Yığmamızın qolkiperi oyundan alınarkən komandası 0:2 hesabı ilə geridə olub. İkinci qolda səhvə yol verən milliləşdirilmiş dağıstanlı bu səbəbdən əvəzlənib. Hazırda 32 xalı olan “Adana Dəmirspor” 10-cu pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media