Azərbaycanın 3 cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin finalına yüksəlib.
Bizim.Media xəbər verir ki, Hidayət Heydərov (73 kiloqram), Ömər Rəcəbli və Zelim Tçkayev (hər ikisi 81 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar.
H.Heydərov həlledici qarşılaşmada tacikistanlı Abubakr Şerovla üz-üzə gələcək. 81 kiloqram çəki dərəcəsində isə Azərbaycan finalı olacaq. Ö.Rəcəbli və Z.Tçkayev öz aralarındakı qarşılaşmada birinci yerin sahibini müəyyənləşdirəcəklər.
Yarımfinalda komanda yoldaşı H.Heydərova uduzan Rəşid Məmmədəliyev isə bürünc medal uğrunda görüşdə kanadalı Artur Margelidonu sınağa çəkəcək.
Bu gün yarışa qoşulan digər cüdoçular Aytac Qardaşxanlı (63 kiloqram), Günel Həsənli (70 kiloqram), Nurlan Osmanov, İbrahim Əliyev (hər ikisi 73 kiloqram) və Səid Mollayi (81 kiloqram) isə yarışı medalsız başa vurublar.
Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal əldə ediblər.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:37 / 17.02.2024
“Böyük Dəbilqə”: Üç cüdoçumuz finalda
Hazırda oxunan: “Böyük Dəbilqə”: Üç cüdoçumuz finalda
Hazırda oxunan: “Böyük Dəbilqə”: Üç cüdoçumuz finalda
178641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.