Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanlışı start götürüb.
Bizim.Media xəbər verir ki, millimiz dünya çempionatının seçmə mərhələsinə hazırlaşır.
Tahir Baxşıyevin başçılıq etdiyi komanda ilkin təsnifət mərhələsində fevralın 22-də səfərdə İsveçrə, 3 gün sonra isə Bakıda Kosova yığması ilə qarşılaşacaq. Hazırlıq mərhələsində 15 basketbolçu yer alıb. Legioner basketbolçular Zek Ledey və Donta Hol milliyə İsveçrədə qoşulacaqlar.
Qeyd edək ki, fevralın 21-dək davam edəcək hazırlıq prosesindən sonra 12 basketbolçu əsas heyətdə yer almaq şansı qazanacaq.
Azərbaycan yığmasının heyəti:
Amil Həmzəyev, Orxan Aydın, Zaur Paşayev, Endər Poladxanlı, Nəzər Quliyev, Əkbər Məmmədov, Kamran Məmmədov, Ulaş Turgut, Cəbrayıl Əkbərov, Elşad Şirzadov, Şirzad Şirzadov, Fikrət Ələkbərov, Rəşid Abbasov, Səid İsmayılov, Sadettin Donat, Ercan Donat.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
01:04 / 14.02.2024
Basketbol millimiz İsveçrə ilə oyunun hazırlığına başladı - FOTO
Hazırda oxunan: Basketbol millimiz İsveçrə ilə oyunun hazırlığına başladı - FOTO
Hazırda oxunan: Basketbol millimiz İsveçrə ilə oyunun hazırlığına başladı - FOTO
178040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.