Fevralın 12-dən 18-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu gün qitə birinciliyində iştirak edəcək milli komandaların heyəti açıqlanıb.
Yarışa baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında yunan-Roma güləşçilərimiz start verəcək. Heyətdə Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.
Daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi Semyon Şterev, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq), Ayona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (65 kq) mübarizə aparacaq.
Çempionatın son günlərində isə xalçaya sərbəst güləşçilər çıxacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) uğur qazanmağa çalışacaq.
Avropa çempionatında I-S kateqoriyalı hakimlər Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:36 / 09.02.2024
Güləş yığmalarımızın Avropa çempionatı üçün heyəti AÇIQLANDI
Hazırda oxunan: Güləş yığmalarımızın Avropa çempionatı üçün heyəti AÇIQLANDI
Hazırda oxunan: Güləş yığmalarımızın Avropa çempionatı üçün heyəti AÇIQLANDI
177450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.