"Çox vacib qələbə qazandıq. Qarşımızda istəkli komanda var idi. Qələbəyə görə futbolçularımı təbrik edirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis süni meydançada oynamağın çətin olduğunu söyləyib:
"Səbail" bu cür örtükdə oynamağa öyrəşib. Amma mən bunu bəhanə etmirəm. Futbolçularım istədiklərimi meydanda yerinə yetirdi".
O, UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə oyunlarda heyətdə ciddi dəyişikliklər etməyəcəyini vurğulayıb.
Türkiyənin “Qalatasaray” klubunun futbol direktoru Cenk Ergünün matçı stadiondan izləməsinə də münasibət bildirən Q. Qurbanov əlavə edib:
"Bu barədə məlumatım yox idi. Azərbaycana xoş gəlib".
Təcrübəli çalışdırıcı rusiyalı baş məşqçi Murad Musayevin "Sabah"la yollarını ayırmasına da toxunub:
“Güclü məşqçidir. Təəssüf ki, Musayev kimi istəkli mütəxəssis Azərbaycandan getdi. Ona qarşı oynamaq mənim üçün xoş idi. Ancaq verilən qərarlar bizdən asılı deyil".
Bizim.Media
- A-
- A
- A+
İdman
18:58 / 03.02.2024
Qurban Qurbanov: “Süni meydançada oynamaq çətindir”
Hazırda oxunan: Qurban Qurbanov: “Süni meydançada oynamaq çətindir”
Hazırda oxunan: Qurban Qurbanov: “Süni meydançada oynamaq çətindir”
176443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.