Rusiyalı məşqçi Murad Musayev "Sabah"ın rəhbərliyi ilə konflikt yaşaması ilə bağlı yayılan məlumatları təkzib edib.
Bizim.Media xəbər verir ki, Rusiya mətbuatına danışan Musayev Azərbaycan klubunun rəhbərliyi ilə münasibətinin çox yaxşı olduğunu deyib:
"Mətbuatda deyirlər ki, rəhbərliklə münaqişəm var. Klub rəhbərliyi ilə əla münasibətim var. Hətta ideal olduğunu demək olar. Klubda keçirdiyim hər gün onların dəstəyini hiss edirdim. “Sabah”a qoşulmazdan əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri, hər şey. “Sabah”ın rəhbərliyi haqqında uzun müddət danışa bilərəm, bunlar yalnız müsbət sözlər olacaq".
Qeyd edək ki, dünən Murad Musayev "Sabah"dan ayrılmaq qərarı vermiş, rəhbərlik də onun istefasını qəbul etmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:30 / 02.02.2024
Murad Musayev: ““Sabah” rəhbərliyi ilə heç bir problemim olmayıb”
Hazırda oxunan: Murad Musayev: ““Sabah” rəhbərliyi ilə heç bir problemim olmayıb”
Hazırda oxunan: Murad Musayev: ““Sabah” rəhbərliyi ilə heç bir problemim olmayıb”
176241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.