"Neftçi"nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda qadınlardan ibarət Azərbaycan milli komandasını da çalışdıran Siyasət Əsgərovla mövsümün sonunadək müqavilə bağlanılıb.
Siyasət Əsgərov məşqçilik fəaliyyətinə 2007-ci ildə MOİK-in əvəzedici heyətində köməkçi məşqçi kimi başlayıb. 2008-2009-cu illərdə MOİK-də baş məşqçi, 2009-2010-cu illərdə MOİK-in əvəzedici heyətində baş məşqçi, 2010-2012-ci illərdə 17 yaşadək qızlardan ibarət milli komandada məşqçi kimi çalışıb.
2013-cü ildən etibarən 19 yaşadək qızlardan ibarət milli komandada məşqçi, 17 yaşadək qızlardan ibarət milli komandada baş məşqçi, 15 yaşadək qızlardan ibarət milli komandada isə məşqçi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Siyasət Əsgərov “Neftçi ilə yanaşı eyni zamanda qadınlardan ibarət Azərbaycan milli komandasında da baş məşqçi olaraq fəaliyyətini davam etdirəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:11 / 01.02.2024
Millinin baş məşqçisi "Neftçi" ilə müqavilə imzaladı
Hazırda oxunan: Millinin baş məşqçisi "Neftçi" ilə müqavilə imzaladı
Hazırda oxunan: Millinin baş məşqçisi "Neftçi" ilə müqavilə imzaladı
176164
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.