"Futbolçularıma təşəkkür edirəm. Sona qədər dinamikanı saxladılar. Qarşımızda istəkli komanda var idi. Bugünkü oyunda üstünlüyümüz etdiyimiz rotasiyalarda idi".
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 7:1 hesablı qələbəni belə şərh edib:
"Bundan öncəki matçda dəyişiklik etmişdik və komanda gümrah idi. "Sabah" daha yorğun görünürdü. Rəqib məğlub olmağı sevmir. Hesab 4:0 olanda da irəli atılmışdılar. Çoxlu imkanlar yaratdılar. Bu da onların istəyindən irəli gəlirdi".
Q.Qurbanov çempionatda ən güclü rəqiblərindən birinə 7:1 hesabı ilə qalib gəlməklərinin çempionatın səviyyəsinin göstəricisi olmadığını qeyd edib:
"Mövsüm ərzində istənilən çempionatda belə nəticələr olur. Rahatlaşmalı deyilik, oyunumuzu daha yaxşılaşdırmalıyıq. Hər rəqibə qarşı ciddi yanaşırıq. Çempionatı rahat düşünsək, bizim üçün çətin ola bilər. Belə düşüncəmiz yoxdur".
Baş məşqçi "Komandanı "Braqa" ilə oyuna doğru hazırladığınızı demək olar" sualını da cavablandırıb:
"Hər il tempi saxlamaq istəyirik. Bəzən rəqib də səni buna məcbur edir. Açıq futbolda dinamikanı qorumaq olur. Sevindirici haldır ki, futbolçularda istək var, tempi saxlamaq istəyirlər. Ümumən indi sırf çempionat haqda düşünürük. "Braqa" intizamlı, səliqəli, sürətli oynayır. Onlarla oyunda müdafiədə də sürətli olmaq lazım ola bilər. Hələ ki komandamdan daha yaxşısını istəyirəm. Futbolçuların buna potensialı var".
Q.Qurbanov bildirib ki, bu gün müdafiənin mərkəzində oynayan Mateus Silvanı gələcəkdə bu mövqedə görmək olar:
"İnşallah, problem yaranmaz. Bəzi oyunçularda bu potensialı görəndə lazım olanda istifadə edə bilirsən. Silva da onlardan biridir. Onun mərkəz müdafiəçisi kimi oynamağı maraqlı idi. Bir oyunla nəsə demək olmaz. Lazım olanda istifadə edə bilərik. Sanki bu bacarıq onda var. Sağ və sol müdafiəçiləri hücuma daha çox çıxır. Onlar mərkəzdə oynasa, bu istəkləri çətinlik yarada bilər".
Q.Qurbanov uzun müddətdir şans vermədiyi və bu gün qol vuran Adama Diakabi haqda da danışıb:
"Onun keyfiyyətinə şübhəmiz yoxdur. Mikro zədələri çox olurdu. Bu, onu geri salırdı. İndi sağlam formada qayıdıb. Həkimlər onunla daim əlaqədə olurdu. Yanvardan sonra hələ ki problemimiz olmayıb və hiss edilir ki, formasını saxlayıb. Tempdə qalsa, daha faydalı ola bilər. Yaxşı vaxtlarında futboldan, məşqdən uzaq qalmaq onun üçün çətin idi".
Bizim.Media
- A-
- A
- A+
İdman
00:49 / 31.01.2024
"Hələ ki, komandamdan daha yaxşısını istəyirəm" - Qurban Qurbanov
Hazırda oxunan: "Hələ ki, komandamdan daha yaxşısını istəyirəm" - Qurban Qurbanov
Hazırda oxunan: "Hələ ki, komandamdan daha yaxşısını istəyirəm" - Qurban Qurbanov
175871
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.