Klub prezidenti Osimhenin mövsümün sonunda gedəcəyini AÇIQLADI

Hazırda oxunan: Klub prezidenti Osimhenin mövsümün sonunda gedəcəyini AÇIQLADI

175395

"Napoli"nin hücumçusu Viktor Osimhen mövsümün sonunda komandasını tərk edəcək.

Bizim.Media xəbər verir ki, bunu klubun prezidenti Aurelio De Laurentiis "Football Italia"ya açıqlamsında deyib:

"Biz bunu ötən yaydan bəri bilirdik. Osimhenin müqaviləsinin yenilənməsi üçün danışıqlar çox uzun oldu.  Ona görə də onun "Real" PSJ və ya Premyer Liqa komandasına gedəcəyini çox yaxşı bilirdik".

Qeyd edək ki, nigeriyalı hücumçu  2020-ci ilin payızında Fransa "Lill"indən Neapol təmsilçisinə keçib. 25 yaşlı futbolçu bu müddətdə bütün yarışlarda 119 oyuna çıxıb, 67 qol vurub, 17 qolun ötürməsini verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin