"Qoy, aqressiv danışmağı öyrənsin" - Qurban Qurbanov

Hazırda oxunan: "Qoy, aqressiv danışmağı öyrənsin" - Qurban Qurbanov

175391

Misli Premyer Liqasının 20-ci turunda keçirilən "Kəpəz" - "Qarabağ" oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:

Bizim.Media presssport.az-a istinadən açıqlamanı təqdim edir:

- Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Vacib 3 xal qazandıq. Qarşımızda ciddi, intizamlı oyun göstərən rəqib var idi. Vacib geridönüş oldu. Belə qələbələr futbolçulara daha çox motivasiya verir. Hər iki komandanın azarekşlərinə təşəkkür edirəm.

- Oyunda nədən narazı qaldınız?

- Az epizodlar oldu ki, narazı qaldım. Səfərlər olur ki, öz oyununu istədiyin kimi sərgiləyə bilmirsən. Tovuz, Qəbələ də bu səfərlərdəndir. Yenə də oyunçularım ciddi və diqqətli idilər.

- Buraxdığınız qolu necə şərh edərdiniz?

- Şərh olunacaq nəsə yoxdur. Qapıçı ilə Bəhlul toqquşdu. Əsas rəqibin oyunçusunun ustalığıdır. Belə qollar az hallarda olur. "Araz-Naxçıvan"la oyunda da belə qol buraxmışdıq. Rəqib oyunçusuna “bravo” düşür.

- Benzianın epizodunu necə dəyərləndirirsiniz? Sizcə, orada qırmızı vərəqə var idi və oyunçunun vəziyyəti necədir?

- Fikir bildirə bilərəm, amma hakimlərin qərarı olmalıdır. Oyun vaxtı VAR manitoruna göz gəzdirdim, düşündüm ki, “qırmızı”dır. Amma soyunub-geyinmə otağına gəldim, qapıçılarımız Andrey Lunyovla Amin Ramazanov dedi ki, orda qırmızı vərəqə yoxdur, qapıçı sadəcə topun qarşısını kəsmək istəyir. Onlara dedim “qırmızı”dır, amma onlar yenə də razılaşmadılar. Hakimin qərarıdır. İstəmərəm hansısa komanda azlıqda qalsın.

- Riçard Almeydanın yerdə qaldığı epizodda Marko Veşoviç etiraza qorə sarı vərəqə gördü. Bundan sonra Bədavi onunla çox aqressiv danışdı. Onu bu davranışına görə əvəzlədiniz?

- Yox, Bədaviyə heç nə olmaz. Qoy, aqressiv danışmağı öyrənsin. Bu günə qədər danışmayıb. Dəyişikliyi planlaşdırmışdıq.

- Hələ yanvardır və 2-ci yerdən 17 xal qabaqdasınız. Bu durumda hazırlaşmaq komandaya necə təsir edir?

- Deməzdim təsir edir. Proqramımız olduğu kimi davam edir. Məndən kənarda hər hansı futbolçuda arxayınlıq varsa, onu aradan qaldırmağa çalışacağıq. Oyunumuzu yaxşılaşdırmağa ehtiyacımız var. İnanmıram belə düşüncə ilə oyunlara çıxsınlar. 

- Aleksey İsayev "Braqa" ilə oyunlara qədər komandaya uyğunlaşacaq?

- Onun tələblərimizə uyğunlaşmağa çox da ehtiyacı yoxdur. Elə komandadan gəlib ki, orda da eyni şeyi tələb edirlər. Keçən dəfə də demişdim ki, daha aktiv olmalıdır.

- Xabi Alonso ilə görüşdükdən sonra onun adı "Liverpul"la hallanır. Görüş zamanı bu haqda danışdınınız?

- Yox, sırf işlə bağlı görüşümüz oldu. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin