Rahil Məmmədov Polşa klubunda növbəti oyuna çıxdı

Hazırda oxunan: Rahil Məmmədov Polşa klubunda növbəti oyuna çıxdı

175301

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi Polşanın LKS klubu Türkiyədə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunu keçirib.

Bizim.Media xəbər verir ki, komanda Cənubi Koreya “Qanqvon”u ilə qarşılaşıb. 

Görüş LKS-nin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Məmmədov start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə hesab 1:1 olarkən əvəzlənib.

Qeyd edək ki, bu ay "Qarabağ"dan Polşa klubuna keçən Rahil Məmmədovla 1.5 illik müqavilə imzalanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin