“Kocaelispor”dan gələn təklifi qəbul etməzdən öncə vaxtilə bu komandada çıxış edən, hazırda isə “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqovla məsləhətləşdim.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Kocaelispor”un futbolçusu Ramil Şeydayev Türkiyə I Liqasının son turunda evdə “Eyüpspor”a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
“Söhbətimiz elə də uzun olmadı. Əsasən fanatlardan bəhs etdi. Komandanın çox yaxşı azarkeş dəstəyinə sahib olduğunu bildirdi. Bununla belə, son qərarı mənim verməli olduğumu söylədi. Dedi ki, sənə necə rahatdırsa, elə addım at. Mən də yekunda buraya gəlməyi seçdim”, deyə o, əlavə edib.
Qeyd edək ki, adı çəkilən matçda 28 yaşlı hücumçu ehtiyatda qalıb.
Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:56 / 24.01.2024
Ramil Şeydayev kimin məsləhəti ilə Türkiyə klubuna keçib?
Hazırda oxunan: Ramil Şeydayev kimin məsləhəti ilə Türkiyə klubuna keçib?
Hazırda oxunan: Ramil Şeydayev kimin məsləhəti ilə Türkiyə klubuna keçib?
174905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.