Şahmat üzrə Dünya Kubokunun qalibi Boris Gelfand Azərbaycan Şahmat Federasiyasının dəvəti əsasında Bakıya gəlib.  
Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovla görüşən B.Gelfand daha sonra şahmatçılara təqdim olunub. 
İsrail şahmatçısıyla əldə olunan razılıq əsasında Boris Gelfand zəngin təcrübəsini mütəmadi olaraq azərbaycanlı şahmatçılarla bölüşəcək. Ölkəmizdə olduğu müddətdə tanınmış şahmatçı Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Xəzər Babazadə, Abdulla Qədimbəyli, Vüqar Əsədli və digərləriylə məşğul olacaq. 
Qeyd edək ki, uzun illər İsrail milli komandasında çıxış edən B.Gelfand 2009-cu ildə Dünya Kuboku, 2011-ci ildə isə İddiaçılar Turnirinin qalibi olub. O 2012-ci ildə şahmat üzrə dünya çempionluğu matçında iştirak edib.

Bizim.Media
 

- A-
- A
- A+
İdman
							23:56 / 22.01.2024
							
						Dünya kubokunun qalibi şahmatçılarımıza məsləhət verəcək - FOTO
						
							
								Hazırda oxunan: Dünya kubokunun qalibi şahmatçılarımıza məsləhət verəcək - FOTO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Dünya kubokunun qalibi şahmatçılarımıza məsləhət verəcək - FOTO							
						174653
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































