“Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə zədələnib.
Bizim.Media xəbər verir ki, 23 yaşlı hücumçu bu gün “Səbail”ə qarşı Premyer Liqanın 19-cu turunun səfər matçında (0:0) sıradan çıxıb.
67-ci dəqiqədə Salifu Sumanın yerinə oyuna daxil olan Əhmədzadə 85-ci dəqiqədə məcburi əvəzlənməli olub.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçusunun durumu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, R.Əhmədzadənin əzələsi dartılıb. Bu səbəbdən o, ən azı 2-3 həftə komandasına kömək edə bilməyəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:56 / 22.01.2024
Zədələnən Rüstəm Əhmədzadənin son durumu
Hazırda oxunan: Zədələnən Rüstəm Əhmədzadənin son durumu
Hazırda oxunan: Zədələnən Rüstəm Əhmədzadənin son durumu
174617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.