“Sumqayıt”ın legioneri “Qəbələ”yə qarşı oynamayacaq

Hazırda oxunan: “Sumqayıt”ın legioneri “Qəbələ”yə qarşı oynamayacaq

174430

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qəbələ” ilə oyunda bir sıra futbolçularının xidmətindən istifadə edə bilməyəcək.  

Bizim.Media xəbər verir ki, Vüqar Mustafayev və Kristian Velinovskinin zədəli olduğu üçün meydana çıxmayacağı bəlli idi. Onların sırasına Oktavio Manteka da qoşulub. 

Braziliyalı futbolçu Türkiyədə təlim-məşq toplanışında Rumıniyanın "Hermannstadt" klubu ilə ilk yoldaşlıq görüşündə zədələnib. Buna görə də, təcrübəli futbolçunun "Qəbələ" ilə matçda meydana çıxmayacağı gözlənilir. 
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" matçı yanvarın 23-də Qəbələ şəhər stadionunda keçiriləcək və oyuna saat 16:30-da start veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin